Jurnalist çox çalışdığı üçün öldü

Jurnalist çox çalışdığı üçün öldü

Yaponiyada 2013-cü ildə dünyasını dəyişmiş jurnalistin ölüm səbəbi müəyyənləşib.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, Yaponiya dövlət televiziyası olan NHK-nın müxbiri Miva Sadoya ürək çatışmazlığı diaqnozu qoyulmuşdu. 31 yaşlı jurnalistin ölümündən əvvəl son bir ay ərzində 159 saat çalışdığı, yalnızca 2 gün icazə götürdüyü məlum olub və ona çox çalışmaqdan yaranan ürək çatışmazlığı diaqnozu qoyulub. Jurnalistin o dövrdə müdiri olmuş şəxs bildirir ki, Mivaya qoyulan dəqiq diaqnozu biliblər, ailəsini narahat etməmək üçün məsələ ictimaiyyətə açıqlanmayıb.

Miva Sado ölümündən əvvəl Tokio bələdiyyə və parlament seçkilərini izləmiş, seçkilərdən 3 gün sonra dünyasını dəyişmişdi.

Jurnalistin çox çalışdığına görə ölməsi Yaponiyada iş qanunu məsələsini gündəmə gətirib. Ölkədə çox işlədiyinə görə ölən və ya intihar edənlərin sayı il ərzində bir neçə min nəfərə çatır. 

Son olaraq, "Dentsu" reklam şirkətinin 24 yaşlı işçisi Matsuri Takahaşa həftələrlə 100 saatdan çox çalışmış, sonra intihar etmişdi. 


Gülşən

Qaynarinfo.Az

XƏBƏRLƏR
BLOGLAR