Jurnalistə peyvənd vurmayan tibb işçisi cəzalandırıldı

Jurnalistə peyvənd vurmayan tibb işçisi cəzalandırıldı

Bakıda iş günü olmasına baxmayaraq, onlayn növbə götürüb gələn jurnalistə "poliklinika bağlıdır" deyən tibb müəssisəsinin işçisinə töhmət verilib.

Bu barədə "Report”un sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən bildirilib.

Qeyd edək ki, koronavirus əleyhinə vaksinasiya üçün randevu.its.gov.az saytında qeydiyyatdan keçən jurnalist Kamran Mahmudov ötən gün 39 saylı şəhər poliklinikasına yaxınlaşsa da, peyvənd oluna bilməyib. Buna səbəb kimi, həmin vaxtda poliklinikada heç kimin olmaması və peyvəndləmə vaxtının bitməsi göstərilib.
X
XƏBƏRLƏR
BLOGLAR