Kadırov Jirinovskidən üzr tələb etdi, onu kobud şəkildə aşağıladı

Kadırov Jirinovskidən üzr tələb etdi, onu kobud şəkildə aşağıladı

Çeçenistan başçısı Ramzan Kadrov Teleqramda Rusiya Liberal Demokrat Partiyasının rəhbəri Vladimir Jirinovskinin qubernatorların beynəlxalq mövzularda danışmağının qəbuledilməz olduğuna dair fikirlərinə çox kobud şəkildə cavab verib.


Qaynarinfo xəbər verir ki, "Jirinovski, sözlərinə görə üzr istə" yazan Kadırov qalmaqallı siyasətçini deputat mandatı alverində günahlandırıb.


Bir qədər əvvəl radioda danışan Vladimir Jirinovski prezidentin mətbuat katibi Dmitri Peskovun xarici siyasət məsələlərinin qubernatorların səlahiyyətində olmaması haqda söylədiyi sözləri mahiyyətcə təkrar edib. Jirinovskinin fikrincə, qubernatorların səlahiyyətləri iqtisadi məsələlərdir. Xatırladaq ki, Peskovun fikirləri Fransa prezidentinin Məhəmməd peyğəmbərin karikaturalarının yayılmasının qanuniliyi ilə bağlı fikirlərinə reaksiya olaraq Kadırovun makronla bağlı işlətdiyi "terrorçuya çevrilən" və "təxribatları dəstəkləyən" yazısına dolayı bir cavab idi.


Ramzan Kadırov Telegramda "qubernatorlara işlərini öyrətmək cəsarəti tapan" Jirinovskiyə qarşı uzun-uzadı cavab yazıb. Kadırov hesab edir ki, Liberal Demokrat Partiyasının rəhbəri dindən danışmasa, daha yaxşı olar: "Din və mədəniyyət sənə tamam tərs olan anlayışlardır". Çeçenistan rəhbəri Jirinovskini Duma mandatları üçün pul almaqda günahlandırıb.


"Terrorizmlə mübarizə mövzusunda kəkələmə, - Kadırov sözünə davam edib. - Sözlərinə görə üzr istə".

 

Bundan əlavə, Çeçenistan rəhbəri yenidən Fransa rəhbərinə müraciət edib: "Dayan və üzr istə".

 

Bu səhər UFC döyüşçüsü Həbib Nurmaqomedov İnstaqram səhifəsində Emmanuel Makronu təhqir edərək tapdanmış üzündə ayaqqabı izi olan şəkil yerləşdirib. Günortadan sonra, Moskvanın Fransa səfirliyi yaxınlığında müsəlmanların ikinci spontan mitinqi baş verib. Mitinqdə də həmin şəklin surətləri tapdalanıb. Fransız diplomatik nümayəndəlikləri Rusiya hökumətindən qorumanı gücləndirmələrini xahiş edib.

 

Alpər

  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR