Kanada xarici işlər naziri Kristia Frilənd Çinə rəsmi mərhəmət tələbi göndərib.
Qaynarinfo xəbər verir ki, bu barədə Çinin Ottavada yerləşən səfirliyinə müraciət ünvanlanıb. Mərhəmət tələbi Çində edama məhkum edilən Kanada vətəndaşı Robert Loyd Şellinberq üçündür. Narkotik ticarəti ittihamı ilə 2016-cı ildə Çində həbs edilən Şellinberq daha əvvəl 15 il müddətinə azadlıqdan məhrum edilmişdi, ötən günlərdə isə ona edam cəzası verildi.
Frilənd açıqlamasında edam cəzasını pisləyib. Kanadanın baş naziri Castin Trudou Şellinberqin xilası üçün əlindən gələni edəcəyini açıqlamışdı.
Gülşən
Şərhlər