Video 17:58 18.08.2019

Kanalizasiya borusu partladı, qəsəbəni üfunət bürüdü (VİDEO)

Şabran rayonunda kanalizasiya sistemi partlayıb, böyük ərazi tullantılar altında qalıb. 

Qaynarinfo "Yeni Sabah"a istinadən xəbər verir ki, Şabran rayonun ümumi kanalizasiya xəttinin V.Abdullayev adına qəsəbəsində zədələnərək partlaması səbəbindən 3 ha ərazi tullantıların altında qalıb. 

Həmin ərazini üfunət iyi bürüyüb. Ətrafda olan ev  heyvanları da bu sudan içir.

Qeyd edək ki, tullantılardan yaranmış gölün suyu yaxınlıqdan keçən su kanalına tökülərək, Xəzər dənizinə axır. 

Bu barədə, RAMKO podratçı şirkətin əməkdaşı, iş icraçısı Xanlar Abdullayev bildirib ki, artıq nöqsan aradan qaldırmaq üzrədir. Lakin sakinlər bunun əksi olduğunu deyirlər. Sakinlər, epidemioloji-gigiyenik qaydaların pozularaq, müxtəlif xəstəliklərin yaranmasından narahatdırlar.