Foto 16:43 19.08.2019

Kanar adaları yanır: 4 min hektar meşə külə döndü (FOTOLAR)

İspaniyanın Kanar adalarında ötən şənbə başlayan meşə yanğınını söndürmək hələ də mümkün olmayıb.

Qaynarinfo xəbər verir ki, yanğına təyyarə və helikopter, həmçinin 700 yanğınsöndürənlə edilən müdaxilə bir nəticə verməyib. Təbii fəlakət nəticəsində 4 min hektar ərazi külə dönüb, 8 min nəfər təxliyyə edilib.

Ölkə prezidenti Anxel Viktor Torres meşə yanğınlarının daha 3 gün davam edə biləcəyini açıqlayıb. 

Gülşən