Kann festivalında #SOMA yazdılar - FOTO

Kann festivalında #SOMA yazdılar - FOTO

Kann Film Festivalında “Qızıl Palma” mükafatı üçün yarışan Türkiyənin “Qış yuxusu” filmini təmsil edən türkiyəli aktyorlar Soma şəhərində baş verən mədən faciəsini anıblar.

“Axar.az” xəbər verir ki, Kann festivalına qatılan Nuri Bilgə Ceylanın “Qış yuxusu” filmini təmsil edən türkiyəli aktyorlar qırmızı xalıya yaxalarında matəmi təmsil edən qara lentlə çıxıb.

Festivala qatılanların əksəriyyəti qara libasda olub. Filmin rejissoru Nuri Bilgə Ceylan və filmin aktyorları Haluk Bilginər , Demət Akbağ, Nejat İşlər, Tamer Levent, Melisa Sözen, Serhat Mustafa Qılınc da festivalda iştirak edib.

Qara geyimə üstünlük verən başda filmin rejissoru olmaqla, Türkiyə təmsilçiləri dünya mediasının qarşısına əllərində “#Soma” yazılmış plakatlarla çıxıb. 

Qeyd edək ki, Türkiyənin Manisa əyalətinin Soma şəhərindəki kömür mədənində may ayının 14-ü partlayış baş verib. Hadisə nəticəsində son məlumata görə, 298 mədənçi həlak olub. Çox sayda mədənçinin hələ də dağıntılar altında qaldığı söylənilir. 

Qaynar.info

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR