İdman 15:25 04.08.2021

Karateçilərimizin rəqibləri müəyyənləşdi

Azərbaycan karateçiləri sabahdan etibarən Tokio-2020-də mübarizəyə başlayacaqlar.

Azərbaycan Karate Federasiyasından Qaynarinfo-ya verilən məlumata görə Olimpiadanın kumite yarışlarında karateçilərimizin rəqibləri məlum olub. Tokionun Nippon Budokai arenasında karate yarışları 5-7 avqust tarixlərində keçiriləcək. 

5 avqustda Firdovsi Fərzəliyevin, ertəsi gün Rafael Ağayevin, 7 avqustda isə İrina Zaretskanın nəticələri məlum olacaq.

Kişilər -67 kq, A qrupu

Firdovsi Fərzəliyev 
Eray Şamdan (Turkiyə)
Əli Elsavi (Misir)
Naoto Saqo (Yaponiya)
Darxan Assadilov (Qazaxıstan) 

Qadınlar +61 kq, B qrupu

İrina Zaretska 
Meltm  Hocaoqlu (Türkiyə)
Ayumi Uekusa (Yaponiya)
Silvia Semeraro (İtalia)
Sofiya Berultseva (Qazaxıstan)

Kişilər -75 kq, B qrupu

Rafael Ağayev 
Luici Buşa (İtaliya)
Noa Bic (Almaniya)
Cuneari Yahiro (Avstraliya)
Nurkanat Ajiqanov (Qazaxıstan)

Səbuhi Həsənov