Xəbər lenti

Siyasət 15:56 26.05.2014

Keçmiş cəbhəçi əfv edildi

Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev növbəti əfv sərəncamı imzalayıb. 

"Qafqazinfo"nun məlumatına görə, bu sərəncamla AXC dövründə Naxçıvanda İcra başçısı olmuş və mediada yazıları dərc olunan Fərəməz Novruzoğlu və keçmiş AXCP üzvü Daşqın Məlikov da azadlığa çıxacaq. 

Fərəməz Novruzoğlu ötən il aprelin 18-də Cinayət Məcəlləsinin 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, hablə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələrinə əsasən ittiham olunub. Daşqın Məlikov ötən il iyulun 3-də Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 234.1 (satış məqsədi olmadan narkotik vasitələrin saxlanması) maddəsi ilə təqsirli bilinib. 

Qeyd edək ki, D. Məlikov həbsindən bir müddət sonra AXCP üzvlüyündən istefa verməsi ilə bağlı bəyanat verib.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->