Keçmiş icra başçısı deputatlığa namzidəliyini irəli sürdü (FOTO)

Keçmiş icra başçısı deputatlığa namzidəliyini irəli sürdü (FOTO)

1992-ci ildə Xətai rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsində işləmiş, hazırda "Borçalı” Cəmiyyətinin sədri olan tanınmış həkim Zəlimxan Məmmədli də növbədənkənar parlament seçkisində qüvvəsini sınayacaq.

Modern.az-ın məlumatına görə, Zəlimxan Məmmədli 9 fevral 2010-ci il tarixində keçiriləcək seçkidə iştirak etmək üçün sənədlərini Bakı şəhəri 33 saylı Xətai birinci seçki dairəsinin komissiyasına təqdim edib.

"Milli Məclisə seçkilərdə deputatlığa namizədliyimin irəli sürülməsinin təsdiqi üçün tələb olunan sənədləri təqdim etdim. Dostlarınızla qərarımizin doğru olduğunu düşünürük”,-deyə o bildirib.
Blogum-Qaynar
XƏBƏRLƏR
BLOGLAR