Xəbər lenti

Kəlbəcərdə ekskavatorun üstünə qaya parçaları düşdü: Ölən var
Ölkə 12:10 19.10.2021

Kəlbəcərdə ekskavatorun üstünə qaya parçaları düşdü: Ölən var

Kəlbəcər rayonunun Zar kəndində fəhlə bədbəxt hadisə nəticəsində vəfat edib. 

Baş Prokurorluğun Mətbuat xidmətindən Qaynarinfo-ya verilən məlumata görə, sentyabrın 26-da Kəlbəcər rayonunun Zar kəndində yol çəkilişi zamanı "North West Construction” şirkətinə məxsus ekskavatorun üzərinə qaya parçalarının düşməsi nəticəsində ekskavatorun operatoru Kürdəmir rayon sakini Cəbrayılov Bəhruz İsrail oğlunun aldığı xəsarətlərdən hadisə yerində ölməsi barədə Kəlbəcər rayon prokurorluğuna məlumat daxil olub. 

Hazırda faktla bağlı araşdırma aparılır.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->