Video 16:45 11.01.2021

Kənan MM-in yeni serialı yayıma başlayır (VİDEO)

Tanınmış rejissor Kənan MM-in lentə aldığı "Qayıdış” serialı yayıma başlayır.

Qaynarinfo xəbər verir ki, ekran işinin ilk seriyası yanvarın 20-si, saat 20.00-da "Xəzər TV"də efirə gedəcək.

Serialın ideya müəllif Züleyxa NaEl, ssenaristlər Züleyxa NaEL, Gəray Həsənov və Kənan MM-dir. Baş rolun ifaçısı isə yeni sima Günay Həsəndir. Serialda tanınmış aktyorlar rol alıb.

Ekran işi ilə bağlı danışan Kənan MM bildirib ki, serial atasız qızların hekayəsindən bəhs edir:

"Serialın qəhrəmanı əmisinin himayəsində böyüyüb. Əmisi normal həyat tərzi sürmür, bir nəfərə borcu var. Buna görə qardaşının əmanətini pula satır.  Qız isə taleyi ilə barışmır, öz xoşbəxtliyini axtarır. Bəzən Azərbaycanda boşanmış qadınlara normal gözlə baxmırlar. Amma həyatda heç kim heç nədən sığortalanmayıb. Hamının ailəsində belə hadisələr ola bilər. Qadını bəzi hallarda xoşbəxt edən də, bədbəxt edən də kişidir. Biz də bütün bunları göstərməyə çalışmışıq".