Gəncədə futbolçunu bıçaqlayan şəxs tutulub.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan Qaynarinfo-ya verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində Veysəl Rzayevə kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 25 yaşlı Nihad Məhərrəmov saxlanılaraq istintaqa təhvil verilib.
Araşdırmalar davam etdirilir.
Qeyd edək ki bıçaqlanan şəxs "Kəpəz”in futbolçusu Veysəl Rzayevdir.
09.23
Ötən gün Gəncə şəhərində "Kəpəz" komandasının futbolçusunun bıçaqlanmasına ilə bağlı cinayət işi açılıb.
Qaynarinfo xəbər verir ki, faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.
Qeyd edək ki, 2001-ci il təvəllüdlü Məmmədov Nihad Əhliman oğlu aralarında yaranmış mübahisə zamanı 2002-ci il təvəllüdlü Rzayev Veysəl Mehman oğluna kəsici alətlə bir dəfə zərbə vurub.
V.Rzayev xəstəxanaya yerləşdirilib.
Şərhlər