İsrail və Azərbaycan süni intellekt sahəsində əməkdaşlığa dair memorandum imzalayıb.
Qaynarinfo xəbər verir ki, anlaşma Memorandumu İsrailin Milli süni intellekt idarəsinin rəhbəri briqada generalı Erez Askal və Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev tərəfindən imzalanıb.
Müqavilə iki ölkə arasında əməkdaşlığı gücləndirmək məqsədi daşıyır.
Mərasimdə İsrailin Baş naziri Benyamin Netanyahu iştirak edib.
Şərhlər