Xəbər lenti

İdman 23:15 13.01.2021

"Keşlə" afrikalı yarımmüdafiəçi ilə müqavilə bağladı

"Keşlə" heyətini yeni futbolçu ilə gücləndirib.

Qaynarinfo klubun rəsmi saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi malili yarımmüdafiəçi Sadio Tounkaranı transfer edib.

29 yaşlı oyunçu ilə rəsmi müqavilə imzalanıb. O, cari mövsümün sonunadək "Keşlə"nin formasını geyinəcək.

Qeyd edək ki, daha əvvəl Azərbaycanda "Xəzər Lənkəran", AZAL, "Zirə" klublarında çıxış etmiş Sadio Tounkara Kiprdə "EN Paralimniou" və Estoniyada "Narva Trans"ın şərəfini qoruyub.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->