Kim Çen İn təlimlərdə iştirak etdi, hərbçilərə öyüd-nəsihət verdi

Kim Çen İn təlimlərdə iştirak etdi, hərbçilərə öyüd-nəsihət verdi

KXDR lideri Kim Çen İn Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə qoşunlarının ortaq təlimlərinə baş çəkib.

Qaynarinfo xəbər verir ki, bu haqda Şimali Koreya Mərkəzi Teleqraf Agentliyi (CTAC) bu gün məlumat yayıb.

Bu planda təlimlər KXDR-də hava qüvvələri və raketdən müdafiə bölmələri arasında yarış şəklində keçirilir. Kim Çen İn uçuş korpusunun "yenilməz gücünü" nümayiş etdirən pilotların işindən məmnun qaldığını deyib.

Şimali Koreya lideri qeyd edib ki, pilotlar "böyük bir ideologiya və taktikadan istifadə edərək başdan ayağa silahlanmış düşmənlərlə hər bir şəraitdə mübarizə üçün hər an hazır olmalıdırlar". O vurğulayıb ki, orduların qələbəsini texniki üstünlüklər deyil, ideya həll edir.

"Düşmənlər... heç vaxt bizim ordumuzun siyasi, ideoloji, hərbi və mənəvi üstünlüklərinə güc gələ bilməz", - Kim Çen İn deyib.

Xatırladaq ki, oktyabrın 31-də Cənubi Koreya mediası Şimali Koreyanın Pyeong Namo əyalətinin ərazilərindən raket atdığı barədə xəbər yaymışdı.
Oktyabrın 2-də səhər KXDR-in atdığı iki raketdən biri Yaponiyanın xüsusi iqtisadi zonasına düşüb. Həmin gün Yaponiya hökuməti Pxenyana etirazını bildirib.

Alpər
XƏBƏRLƏR
BLOGLAR