Texnologiya 10:52 19.10.2020

Kim Çenin hakerləri Rusiyanın hərbi sənayesinə hücum etdi

KXDR-dən olan hakerlər Rusiya Federasiyasının hərbi və sənaye təşkilatlarına bir neçə hücum həyata keçiriblər.


Qaynarinfo "Kommersant”a istinadla xəbər verir ki, mütəxəssislərin fikrincə, hücumların arxasında Şimali Koreyanın "Kimsuki” haker qrupu dayanır. Hadisələr 2020-ci ilin yazında baş verib, ancaq onlar haqqında məlumat indi üzə çıxıb.

 

Mütəxəssislərin fikrincə, hakerlər aerokosmik şirkətlərinin fəaliyyəti ilə bağlı məxfi məlumatlar əldə etməyə çalışıblar. Bunu etmək üçün sosial şəbəkələr də daxil olmaqla zərərli poçt göndərişlərindən istifadə ediblər.


Qəzetin yazdığına görə, hücum edilən şirkətlər arasında "Rostex” də var. İnformasiya təhlükəsizliyi ilə məşğul olan "Rostex”in törəməsi olan RT-Inform bu məlumatı nə təkzib, nə təsdiq edib.


Qeyd edək ki, "Kimsuki” haker qrupu kiber casusluqla məşğuldur. Daha əvvəl Cənubi Koreyadakı obyektlərə hücumlar edib, sonra Rusiya Federasiyası, Ukrayna, Slovakiya və Türkiyədəki hərbi müəssisələrlə məşğul olub.

 

Alpər