Kimin bacısından təhdid dolu açıqlama

Kimin bacısından təhdid dolu açıqlama

Cənubi Koreyalı fəalların sərhəddən Pxenyan əleyhinə 500 min şarla broşüralar atması iki ölkə arasında gərginliyi pik həddə çatdırıb.

Qaynarinfo xəbər verir ki, bu dəfə Şimali Koreya lideri Kim Çen İnin bacısı Kim Yo Çjondan sərt açıqlama gəlib. Son bir neçə ildə siyasət sahəsində getdikcə daha da yüksələn və hətta idarəçiliyə gələ biləcəyi söylənilən Kim Yo Çjon bu vəziyyətə görə Cənubi Koreyanın əvəz ödəməli olacağını söyləyib.

"Gözlərimizin qarşısında gerçəkləşən bu pisniyyətli hərəkətə "fərdlərin azadlığı" və "ifadə azadlığı" bəhanəsilə göz yumulursa, Cənubi Koreyalı rəsmilər bunun əvəzini ağır şəkildə ödəmək məcburiyyətində qalacaqlar. Bunun əvəzi 2018-ci ildə iki ölkə arasında imzalanan hərbi sazişə son verilməsi, Keson Sənaye Parkının və ortaq əlaqə bürosunun bağlanması olacaq". 

Kim Yo Çjan həmçinin broşüra atanları hibrid it və alçaq adlandırıb.

Cənubi Koreya isə fəalların sərhəddən broşüra atmalarının qarşını almaq üçün yeni qanun qəbul etməyi planlaşdırdığını açıqlayıb. C.Koreyanın Birləşmə Nazirliyinin sözçüsü Yoh Sanq Key vəziyyətin sərhəd bölgəsində yaşayan əhalinin həyatını təhlükəyə atdığını bildirib.

Qeyd edək ki, Cənubdan Şimala propaqanda xarakterli broşüralar atılması illərdir fəalların müraciət etdiyi bir yoldur.

Camal
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR
X  No Image