"Elxan Cəfərov cavandır, xidmətləri var. Əgər mən belə bir təklif etmişəmsə, Şəfiqə xanımın niyə kefinə dəyir? Şəfiqə xanımın 80 yaşı var, Elxanın isə 50".
Bunu Qaynarinfo-ya açıqlamasında Xalq artisti Şeyx Əbdül Mahmudbəyov Azərbaycan Kinematoqrafçılar İttifaqı arasındakı "savaş"ın əsl səbəblərindən danışarkən deyib.
Aktyor qurultayda dəstək verəcəyi şəxsin adını açıqlamadığını vurğulayıb:
"Mən konkret ad çəkməmişəm, ikincisi də sədri və katibləri qurultayda seçirlər, mənim şəxsi istəyimlə seçmirlər. Mən kimisə sədr seçdirə bimərəm. Kinonun gələcəyini fikirləşərək cavan kadrların gəlməsini təklif edə bilərəm. Bu təklif də qurultayda verilə bilər. Tutaq ki, elə mən kinonun gələcəyini fikirləşmişəm, burda nə var ki? Şəfiqə kino deyil, teatr adamıdır. Vur-tut 2-3 filmdə çəkilib, o da 40 il bundan əvvəl. Mənim yeganə işim xidmət etdiyim kinonu xilas etmək, ittifaqları bir araya gətirmək olub. Bu dəfə də siz seçdiniz, mən seçməmişəm. Mənim işim parçalanmış camiəni bir araya gətirməkdir, vəssalam. Başqa məqsədim olmayıb. Namizədliyimi irəli sürsəydim, vəziyyət indiki kimi olmazdı, başqa cür olardı. Mən dura-dura, kim indi onlara səs verən?"
Xalq artisti xəstəxanada olarkən Şəfiqə Məmmədovanın onun ünvanına səsləndirdiyi "Mən xəstə olanda sən mənim yanıma gəldin?" sualına da aydınlıq gətirib:
"Mən seyidəm, Şəfiqə xanım mənim səhhətimlə maraqlanmasa da olar. Şəfiqə xanım çalışsın xəstələnməsin. Xəstələnsə, mən bu dəfə ona baş çəkməyə gedəcəm. Maraqlanan gəldi, narahat olanlar da oldu, sağ olsunlar. Xəstəxanada olanda Şəfiqə xanımın müsahibəsini oxudum. Deyib ki, "Mən xəstə olanda sən mənim yanıma gəldin?" Məntiqi başa düşə bilmədim, mən şəxsi müstəvidən danışmıram ki. Nə bilim sən hansı xəstəxanada yatmısan. Xəstəxanada olanda Şəfiqə xanımın yanıma gəlməsi vəzifə borcudur. Bunu ona bir daha xatırladıram. Sən mənim qədər kinoya xidmət elə, sonra danışarsan. Gəlmirsənsə gəlmə, bu nə yanaşmadır? Bu adam hər yerdə şəxsi maraq güdür. Mən sənin yanına şəxsi müstəvidə gəlmirəm ki? Sənin şəxsi idarən deyil, ittifaq dövlətindir".
Aktyor qurultayda kino xadimlərinin Şəfiqə Məmmədovaya olan münasibəti xatırladıb:
"Konfransda seçkilər keçiriləndə bir adam sənə salam vermədi. Mən gəlib səni qucaqlayıb, öpdüm, təsəlli verdim ki, bu kino bayramıdır".
Qeyd edək ki, Xalq artisti Şeyx Əbdül Mahmudbəyovla Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) sədri Rasim Balayev, ittifaqın icraçı katibi Əli İsa Cabbarov və Şəfiqə Məmmədova arasında uzun müddətdir kı, gərginlik yaşanır. Bundan əvvəl Qaynarinfo tərəflər arasında "savaş"ın səbəblərini açıqlamışdı. Həmin vaxt bildirilirdi ki, Şeyx Əbdül Mahmudov AKİ sədri Rasim Balayevin səhhətində yaranmış problemdən sonra məsələ qaldırıb ki, o, xəstədir, ittifaqa gəlib-gedə bilmir. Bu səbəbdən də AKİ yenidən qurultay keçirməlidir. Hətta aktyor AKİ sədrliyinə namizədinin də adını açıqlayıb - Elxan Cəfərov.
Bahar Rüstəmli
"Elxan Cəfərov cavandır, xidmətləri var. Əgər mən belə bir təklif etmişəmsə, Şəfiqə xanımın niyə xətrinə dəyir? Onun 80 yaşı var, Elxanın isə 50".
Bunu Qaynarinfo-ya açıqlamasında Xalq artisti Şeyx Əbdül Mahmudbəyov Azərbaycan Kinematoqrafçılar İttifaqı daxilində baş verən "savaş"ın əsl səbəblərindən danışarkən deyib.
Aktyor qurultayda dəstək verəcəyi şəxsin adını açıqlamadığını vurğulayıb:
"Mən konkret ad çəkməmişəm. İkincisi, sədr və katiblər qurultayda seçilir, mənim şəxsi istəyimlə seçilmirlər. Mən kimisə sədr seçdirə bilmərəm. Sadəcə, kinonun gələcəyini düşünərək cavan kadrların irəli çıxmasını təklif edə bilərəm. Bu təklif də qurultayda verilə bilər. Tutaq ki, mən kinonun gələcəyini fikirləşmişəm, burada nə var ki?
Şəfiqə Məmmədova kino deyil, teatr adamıdır. Cəmi 2–3 filmdə çəkilib, o da 40 il əvvəl. Mənim yeganə məqsədim xidmət etdiyim kinonu xilas etmək, ittifaqları bir araya gətirmək olub. Bu dəfə də siz seçdiniz, mən seçməmişəm. Mənim işim parçalanmış camiəni birləşdirməkdir, vəssalam. Başqa məqsədim olmayıb. Namizədliyimi irəli sürsəydim, vəziyyət indiki kimi olmazdı. Mən dura-dura kim onlara səs verərdi?".
Xalq artisti xəstəxanada olarkən Şəfiqə Məmmədovanın onun ünvanına səsləndirdiyi "Mən xəstə olanda sən mənim yanıma gəldin?” sualına da münasibət bildirib:
"Mən seyidəm, Şəfiqə xanım mənim səhhətimlə maraqlanmasa da olar. Çalışsın, xəstələnməsin. Xəstələnsə, mən bu dəfə ona baş çəkməyə gedəcəyəm. Maraqlanan da oldu, narahat olan da, sağ olsunlar. Xəstəxanada olanda Şəfiqə xanımın müsahibəsini oxudum. Deyib ki, "Mən xəstə olanda sən mənim yanıma gəldin?" Məntiqi başa düşmədim. Mən şəxsi müstəvidən danışmıram ki. Nə bilim, sən hansı xəstəxanada yatmısan? Mən xəstəxanada olanda onun yanıma gəlməsi vəzifə borcudur. Bunu ona bir daha xatırladıram. Sən mənim qədər kinoya xidmət elə, sonra danışarsan. Gəlmirsənsə gəlmə, bu nə yanaşmadır? Bu adam hər yerdə şəxsi maraq güdür. Mən sənin yanına şəxsi münasibətə görə gəlmirəm ki. Sənin şəxsi idarən deyil, ittifaq dövlətindir".
Aktyor qurultayda kino xadimlərinin Şəfiqə Məmmədovaya münasibətini də xatırladıb:
"Konfransda seçkilər keçiriləndə bir nəfər də sənə salam vermədi. Mən gəlib səni qucaqlayıb öpdüm, təsəlli verdim ki, bu kino bayramıdır".
Qeyd edək ki, Xalq artisti Şeyx Əbdül Mahmudbəyovla AKİ rəhbərliyi — sədr Rasim Balayev, icraçı katib Əli İsa Cabbarov və Şəfiqə Məmmədova arasında uzun müddətdir gərginlik yaşanır. Bundan əvvəl Qaynarinfo tərəflər arasında yaranmış qarşıdurmanın səbəblərini açıqlamışdı.
Bildirilirdi ki, Şeyx Əbdül Mahmudbəyov AKİ sədri Rasim Balayevin səhhətində yaranmış problemdən sonra məsələ qaldıraraq onun ittifaqa mütəmadi gələ bilmədiyini deyib və bu səbəbdən qurultayın yenidən keçirilməsini təklif edib. Hətta aktyor sədrliyə namizəd kimi Elxan Cəfərovun adını da açıqlayıb.
Bahar Rüstəmli.
Şərhlər