Xəbər lenti

Əziz Əzizov keçmiş kadrına yeni vəzifə verdi
Ölkə 15:39 17.02.2026

Əziz Əzizov keçmiş kadrına yeni vəzifə verdi

Beyləqan Rayon İcra Hakimiyyətində (RİH) yeni kadr təyinatı olub.

İqtisadiyyat.az xəbər verir ki, bununla bağlı icra başçısı Əziz Əzizov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Eldəniz Əliyev icra hakimiyyətinin Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri təyin olunub.

Qeyd edək ki, Eldəniz Əliyev Əziz Əzizovun yaxın kadrı kimi tanınır. O, əvvəllər Əziz Əzizovun Suraxanı RİH-in başçısı olduğu dövrdə İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, sonra isə Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində çalışıb.

Xatırladaq ki, 62 yaşlı Ə.Əzizov 20 ildir icra başçısı vəzifəsində çalışır. O, 2006-2018-ci illərdə Cəlilabadın, 2018-2019-cu illərdə Yasamalın, 2019-2024-cü illərdə Suraxanının icra başçısı vəzifəsində işləyib. 2024-cü ildən isə Beyləqanın icra başçısıdır.


--> -->