Bakının Lev Tolstoy küçəsində yerləşən yaşayış binasında baş verən yanğın nəzarət altına alınıb.
Bu barədə Qaynarinfo-ya Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, binanın taxta araskəsmələrdən ibarət olması yanğının söndürülməsi işlərini çətinləşdirib.
Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinlərinin təxliyəsi həyata keçirilib.
Hazırda yanğınla mübarizə əməliyyatı davam edir.
13:00
Səbail rayonu, L. Tolstoy 7 küçəsində baş verən yanğında 63 yaşlı qadın bədənin müxtəlif nahiyələrində II-III dərəcəli termiki yanıq xəsarəti alıb.
Bu barədə Qaynarinfo-ya Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən məlumat verilib.
Bildirilib ki, çağırış ünvanına beş təcili tibbi yardım briqadası cəlb olunub.
Yağında xəsarət alan 63 yaşlı qadın bədənin müxtəlif nahiyələrinin II-III dərəcəli termiki yanığı diaqnozu ilə Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə hospitalizasiya olunub.
12:05
Bakıda baş verən yanğınla bağlı polis əməkdaşları dərhal əraziyə cəlb olunublar.
DİN-in Mətbuat Xidmətindən Qaynarinfo-ya bildirilib ki, hadisə yerində vətəndaşların təhlükəsiz şəkildə təxliyə olunması, ərazinin nəzarətə götürülməsi, həmçinin yanğınsöndürmə-qurtarma qüvvələrinin maneəsiz fəaliyyətinin təmin edilməsi məqsədilə zəruri operativ tədbirlər görülür.
11:45
Bakının Səbail rayonunun Lev Tolstoy küçəsində ikimərtəbəli yaşayış binasında yanğın baş verib.
Bu barədə Qaynarinfo-ya Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Şərhlər