Xəbər lenti

Kıraçın məhkəməyə verdiyi azərbaycanlı müğənni:
Video 13:43 05.01.2018

Kıraçın məhkəməyə verdiyi azərbaycanlı müğənni: "Qazandığımız pulu istəyir" (VİDEO)

Sosial media vasitəsilə məşhurlaşan azərbaycanlı ifaçı Nigar Muharrem tükiyəli müğənni Kıraçın onu məhkəməyə verməsindən danışıb. 
 
Qaynarinfo xəbər verir ki, azxeber.com-a açıqlama verən müğənni türkiyəli həmkarının ondan "Youtube" səhifəsində bu mahnıdan qazandığı pulu geri istədiyini bildirib:

""T.MC Müzik” şirkəti bizi məhkəməyə verib. "Youtube”-dən qazandığımız qazancı geri istəyir. Biz də onlarla danışıqlar aparırıq. Amma mahnıya oğurluq adı verilməsi doğru deyil. Çünki mahnını dinləyən hər kəs iki fərqli musiqilərin olduğun görür.”

Qeyd edək ki, Kıraç Nigar Muharremin ifa etdiyi "Omuzumda ağlayan bir sen” adlı mahnının "cover” versiyasının onun "Dağların kadını" adlı mahnısından oğurlandığını iddia edib. Müğənninin müəllif hüquqlarını daşıyan "T.MC Müzik” musiqi şirkəti 23 milyona yaxın izlənən "Omuzumda ağlayan bir sen” adlı mahnını "Youtube"da blokladıb. 

Şirkət N.Muharrəmdən  6 min dollar, təxminən 10 min 140 AZN təzminat istəyir.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->