Ümumdünya İqtisadi Forumunun (DİF) ekspertləri qadınlarla kişilər arasında bərabərliyin yül il sonra mövcud olacağını bildiriblər.
Qaynarinfo Sputnik Azərbaycan-a istinadla xəbər verir ki, onların hesablamalarına görə, dünyada cinclərarası bərabərlik 108 ildən sonra hökm sürəcək.
Ekspertlərin fikrincə, bu məsələdə ən çətini iqtisadi və siyasi paritetə nail olmaqdır.
Bu qənaətə gəlmək üçün ekspertlər 149 ölkədəki vəziyyəti tədqiq ediblər. Tədqiqat zamanı kişi və qadınların iqtisadiyyatda, siyasətdə iştirakı, əmək bazarındakı vəziyyəti, təhsilə çıxışı və sağlamlıq səviyyəsi nəzərə alınıb.
Son bir neçə il ərzində İslandiya planetimizin gender bərabərliyi sahəsində ən inkişaf etmiş ölkə sayılır.
Ekspertlərin fikrincə, qadın hüquqları sahəsində ən bərbad vəziyyət müsəlman ölkələrindədir. Gender bərabərliyi sahəsində ən aşağı göstəricilər, DEF-in reytinqinə görə, İraq, Pakistan və Yəməndədir.
Azərbaycan həmin reytinqdə 97-ci yerdədir. Qonşu Ermənistan 98, Gürcüstan isə 99-cu yeri tutur. Rusiya həmin reytinqdə 75-ci yerdədir. Türkiyə isə 130-cu yerdə qərarlaşıb.
Şərhlər