Xəbər lenti

Kişilərdə ən çox rast gəlinən 5 xərçəng növü
Sağlamlıq 10:51 19.10.2019

Kişilərdə ən çox rast gəlinən 5 xərçəng növü

Kişilər qadınlara nisbətən daha çox xərçəngdən əziyyət çəkir.

Əgər vaxtında xəstəlik diaqnoz olunsa, onların ömrü uzana bilər.

BakuPost.az 40-45 yaşdan sonra kişilərdən daha çox aşkarlanan xərçəng növlərini araşdırıb.

Hansı orqanlarda nə kimi təhlükələr var?

1. Prostat xərçəngi

Kişilərin baş bəlası prostat 45 yaşdan sonra böyüyür, iltihabi proseslər çoxalır. Şiş demək olar ki, heç bir simptomla özünü göstərmir. Yalnız rektal müayinə zamanı həkim müşahidə edərsə, dərhal spesifiki PSA analizi vermək lazımdır. Əgər PSA normadan çox yüksək çıxarsa, biopsiya olunur. Ümumiyyətlə, 40 yaşından sonra hər bir kişi 2-3 ildən bir PSA analizi verməlidir.

2. Ağciyər xərçəngi

Siqaret və ekoloji mühit, hətta kişi siqaret çəkmirsə, passiv siqaret çəkmə, hətta tərgitsə belə, bu risk kişilərdə daha çoxdur. Heç bir əlamət vermir. Ancaq öskürəkdir. Əgər getdikcə dayandığınız yerdə də təngnəfəslik, sinədə ağrı, basqı, bəlğəmdə qan izi varsa, təcili ağciyərlərinizi dəqiq yoxladın

3. Bağırsaq xərçəngi

Yoğun və duz bağırsaq xərçəngi son zamanlar 65 yaşdan sonra kişilərdə ən çox diaqnoz olunur. Nəcisin qaralması, qəbizliklər, hemorrorun ağırlaşması, qan təcili siqnallardır. Bəzən bağırsaq polipləri illər sonra xərçəngə çevrilir. 45 yaşından sonra 3-4 ildən bir kolonoskopiya etdirmək həyat qurtarır.

4. Sidik kisəsi xərçəngi

Sidiyə getmənin çətinləşməsi, sidikdə qan artıq işarədir. Kişilərdə bu xərçəng çox rast gəlinir, amma ən asan növü də budur.

5. Limfoma

Boyunda, sinədə, qasıqda, qolaltında limfa düyünləri böyüyüb şişirsə və 10 gün ərzində kiçilmirsə, onkoloqa gedin. Daha çox alkoqol qəbul edənlərdə rast gəlinir. Kişi nə qədər yesə də arıqlayırsa, deməli limfomaya şübhədir.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->