Ötən günlərdə intihar edən amerikalı milyarder Ceffri Epştaynın Manhetnda yerləşən evində sabiq ABŞ prezidenti Bill Klintonun qəribə portreti aşkarlanıb.
Qaynarinfo NY Post-a istinadən xəbər verir ki, portretdə B.Klinton "Oval Ofis"də qadın geyimində, mavi donda və qırmızı ayaqqabıda təsvir edilib. B.Klintonun həyat yoldaşı Hillari Klinton 2009-cu ildə oxşar libasda ictimaiyyət qarşısına çıxıb.
Qeyd edək ki, insan alverində, yeniyetmələrin nüfuzlu şəxslərə satılmasında ittiham edilən 66 yaşlı C.Epştayn 10 avqustda Nyu-Yorkda saxlanıldığı həbsxanada həyatına son qoyub.
Gülşən
Şərhlər