Xəbər lenti

Kәmalәddin Heydәrov bunu da etdi: qeyri-adi monopoliya
Ekonomiks 22:33 09.11.2014

Kәmalәddin Heydәrov bunu da etdi: qeyri-adi monopoliya

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov ölkəyə yataq dəstlərinin gətirilməsinə qadağa qoyub.

Qaynar.info xәbәr verir ki, bu barədə istiqlal.az-a bu qadağa ilə üzləşən və təhlükəsizlik baxımından adının çəkilməsini istəməyən mənbə məlumat verib. 

Mənbənin sözlərinə görə, bunun səbəbi Sumqayıtda fəaliyyət göstərən və Kəmaləddin Heydərova məxsus “Gilan” Tekstil Parkında yataq dəstlərinin istehsal olunmasıdır. 

Mənbə bildirir ki, hətta xaricdən yataq dəstlərinin pərakəndə gətirilməsi belə müşkülə çevrilib. Gömrük işçiləri yüklərin arasında yataq dəsti görən kimi dərhal onu gətirən vətəndaşı çağıraraq “Gilan” Tekstil Parkına göndərirlər. Vətəndaş sözügedən müəssisədə gətirdiyi hər yataq dəsti üçün 70 dollar ödəniş etməlidir. Bundan sonra ona xaricdən gətirdiyi yataq dəstini guya “Gilan” Tekstil Parkından alması barədə arayış təqdim olunur. Vətəndaş da öz növbəsində bu arayışı gömrüyə təqdim edir. Əks təqdirdə nəinki vətəndaşın gətirdiyi yataq dəsti, bütövlükdə yükü ölkəyə buraxılmır. 

Mənbə bildirib ki, yataq dəstinin hər birinə görə edilən ödənişin məbləğini “Gilan” Tekstil Parkı müəyyənləşdirir. Məbləğ də vətəndaşın aldığı qiymətdən bir neçə dəfə artıqolur. Türkiyədə 8-10 dollara alınan yataq dəsti burada 7 dəfə baha qiymətə rəsmiəşdirilir. 

İstiqlal.az məsələ ilə bağlı Dövlət Gömrük Komitəsinin mövqeyini öyrənməyə cəhd etsə dıə, qurumun mətbuat xidmətindən zənglərə cavab verən tapılmayıb.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->