Ötən gün müğənni Könül Kərimovanın qızı Ləmanın xına mərasimi olub.
"Qafqazinfo” xəbər verir ki, şəhər restoranlarının birində baş tutan məclisi rəqqasə Fatimə Fətəliyeva idarə edib.
Xınada şou-biznes nümayəndələri də iştirak edib. Onlar məclisdən çəkilən video və fotoları sosial şəbəkələrdə paylaşıblar.
Qeyd edək ki, Ləman Orxan adlı şəxslə ailə qurmağa hazırlaşır. Cütlüyün toyu noyabrın 27-də olacaq.
Qaynarinfo.Az
Şərhlər