Foto 12:29 07.12.2019

Könül Xasıyeva evini satır: "Şəki ilə əlaqəmi kəsirəm" (FOTOLAR)

Xalq artisti Könül Xasıyeva evini satışa çıxarıb.

Qaynarinfo xəbər verir ki, bu haqda axşam.az açıqlamasında xanəndə özü deyib. O bildirib ki, Şəkidə yerləşən dördotaqlı evini artıq satışa çıxarıb:

"Şəki ilə əlaqəmi kəsirəm. Özümə aid olan problemlərim var. Ona görə də evi satıram".

K.Xasıyeva yeni təmirdən çıxan mənzilinin 4 otaqdan ibarət olduğunu vurğulayıb.