Ötən həftə "Səni axtarıram” verilişində keçmiş həyat yoldaşından danışan Könül Xasiyeva bu dəfə toyundakı ifası ilə gündəmə gəlib.
Qaynarinfo qafqazinfo-ya istinadən xəbər verir ki, hazırda onurğa iflicindən əziyyət çəkən xanəndənin toy görüntüləri sosial şəbəkələrdə maraqla qarşılanıb.
Bu məqamda bildirək ki, Xasıyeva gec ailə qurmasının səbəbini belə izah etmişdi:
"Həyat yoldaşımı sevib evləndim. Həyatımda bir oğlan sevmişdim, o da həyat yoldaşım. İndi də sevirəm, ölənə kimi sevəcəm. İndi bir yerdə yaşamırıq. Kişiyə arvad lazımdır. Ona arvadlıq edə bilmirəm. Yaxşı, ləyaqətli insandır. Ondan inciməmişəm. Dedim, get, həyatını qur yaşa. Xəstələnəndən əvvəl ayrıldıq. Əgər xəstələnənə kimi bir yerdə olsaydıq, məni qoyub getməzdi”.
Qeyd edək ki, cütlüyün Kazım adlı bir oğlu var.
Şərhlər