Hüseynbala Səlimov
Siyasət 09:39 16.06.2021

Koçaryan qayıdarsa...

Hüseynbala Səlimov

Həftənin sonunda Ermənistanda növbədənkənar parlament seçkiləri nəhayət ki, baş tutacaqdır.

Amma elə ölkələr var ki, oralarda seçkilər bir proses kimi çox nadir hallarda təyin olunmuş intervallarda bitirlər. Bu ölkələrdə adətən post –seçki dövrü çox gərgin keçir: siyasətçilər biri-birini ağla gələn və yaxud da gəlməyən günahlarda ittiham edir, seçkilərin özünü baş tutmamış və saxtalaşdırılmış elan edir və təkrar seçkilərin keçirilməsini tələb edirlər.

Ermənistanda bu ssenarilərin hansının gerçəkləşəcəyini indidən demək çox çətindir. Erməni inqilabının və keçmiç seçkilərin təcrübəsindən çıxış
etsək, ehtimal etmək olar ki, proses qeyri-adi çalarlarsız keçəcəkdir.

Amma hazırda Ermənistanda siyasi situasiya çox gərgindir: ölkə müharibəni uduzub, müxalifətə keçmiş radikal elementlər, eks-prezident
Robert Koçaryan kimi "müharibə köpəkləri” qayıdıbdır.

Ehtimal etmək olar ki, hətta təkrar seçkilərə ehtiyac olacaq. Ona görə ki, son rəy sorğularına görə, siyasi vektorlardan heç birisi iyirmi beş faizdən
çox səs toplaya bilmir və belə hallarda hökumət qurmaq çox çətin olur.

Ən çox narahatlıq yaradan da budur ki, eks-prezident R.Koçaryan dəstəyini artırır. Prosesin başlanğıcında onun reytinqi bir faizdən çox deyildi, indisə son rəy sorğularına görə Koçaryanın reytinqi iyirmi dörd faizdən çoxdur, o, hətta N.Paşinyanın özünü belə bir faiz üstələyir.

Paşinyan hakimiyyətə gələndən sonra Koçaryan daim "diqqət mərkəzində” olmuşdu. Oxucular güman ki, Koçaryana qarşı məhkəmə proseslərini xatırlayırlar.
 
Paşinyan onu keçmiş "xidmətlərinə” görə ciddi şəkildə cəzalandırmaq istəyirdi. Yadımıza gəlir ki, İrəvanda olarkən V.Putin əvvəlcə Koçaryanın həyat yoldaşını qəbul etmiş, daha sonra isə Paşinyanı "yüksək audiensiya”ya layıq bilmişdi. Bəli, Kreml xidmətlərinə görə öz vassalını –Koçaryanı müdafiə etdi və Paşinyan onu istədiyi kimi cəzalandıra bilmədi.

İkinci Qarabağ müharibəsində Ermənistanın məğlubiyyəti Robert Koçaryan üçün ikinci şans oldu və bundan sonra o, sanki ikinci kart- blanş aldı.

İndi isə heç kim istisna etmir ki, Koçaryan prinpsipcə, böyük siyasətə qayıda və hətta hakimiyyətə gələ bilər. Bütün hallarda, bu cür ssenariləri heç kim tamamilə əsassız hesab etmir və onları da ciddi şəkildə nəzərdən keçirirlər.

Bəs belə ssenarilər nə vəd edir? Koçaryan daim Rusiyanın nökəri olubdur. Ona görə də düşünmürük ki, o, Moskvanın Qarabağ planları üçün hansısa çətinliklər yarada bilər. Düşünürük ki, bu, olmayacaqdır.

Amma məsələ bundadır ki, Kreml Qarabağ probleminin tamam həll olunmasında maraqlı deyil. Onlara lazımdır ki, sülhməramlıları daim münaqişə bölgəsində qalsın, heç bir tərəf özünü birdəfəlik qalib və ya məğlub hesab etməsin. Belə olan təqdirdə Qarabağ münaqişəsi özünün keçmiş missiyasını dəyişməz və "ortaq alma” kimi qalar.

Bir az əvvəldə qeyd etdiyimiz kimi, Koçaryan artıq Paşinyanın dabanlarını tapdayır və hətta onu üstələyir də. O, artıq özünü indiki siyasi situasiyanın forvardı da hesab edir.
 
Amma tarix, bir qayda olaraq, tragikomediya və ya fars kimi təkrarlana bilir. Azərbaycanın müharibədə qələbəsi hansısa təsadüf deyildi və bu
otuz illik prosesin məntiqi davamı idi. Ona görə də düşünmək ki, hansısa bir Koçaryan bu prosesi dəyişə bilər, - əlbəttə, bu, gülünclük ola bilərdi.

Biz daim bir qədim yunan məsələni qeyd edirik: bir çaya iki dəfə girmək olmaz.

Əlbəttə, Rusiyaya Ermənistanda elə bir adam lazımdır ki, hətta nəzəri cəhətdən ölkəsinin siyasi istiqamətini dəyişməyi düşünməsin, başını aşağı salıb Rusiyanın dediklərini etsin. Həm də elə bir adam ki, İkinci

Qarabağ müharibəsinin nəticələrilə razı olmayan tərəf rolunu oynaya bilsin. Belə bir adamın köməyilə Moskva Bakını öz orbitində saxlaya bilər və hər şeyi erməni siyasətçilərinin üstünə yıxar. Amma bizə belə gəlir ki, qatar artıq gedib – təkcə Koçaryan yox, hətta Kremlsehrbazlarının və işbazlarının özləri belə vəziyyəti dəyişə bilməzlər...