Ukraynadakı müharibə 1370 gündən çoxdur davam etsə də, sülh perspektivləri Avropada yalnız ümid deyil, həm də narahatlıq doğurur. Bir tərəfdən, hərbi əməliyyatların sonu münaqişədən əziyyət çəkən hər kəs üçün rahatlama anı olacaq. Digər tərəfdən, bu, Avropa ölkələri arasında təhlükəsizlik, iqtisadiyyat və xarici siyasətlə bağlı daxili mübahisələrə səbəb ola bilər.
Qaynarinfo xəbər verir ki, bunu "The Economist" yazıb.
"Müharibə zamanı Avropa misli görünməmiş birlik nümayiş etdirdi: Avropa İttifaqı dövlətləri milyonlarla ukraynalıya sığınacaq verdi, silah və maliyyə yardımı və Rusiyaya qarşı onlarla sanksiya tətbiq etdi. Lakin atəşkəsdən sonra bu kövrək ittifaqlar dağılmağa başlaya bilər", deyə nəşr qeye edib.
Şərq cinahındakı ölkələr - Polşa, Baltikyanı ölkələr, Finlandiya - Rusiyanın yenidən qüvvələrini onlara qarşı cəmləşdirəcəyindən ehtiyat edərək ehtiyatlıdırlar. Qərb dövlətləri də öz növbəsində dinc həyata qayıtmağa və müdafiə xərclərini azaltmağa çalışacaqlar.
Bundan əlavə, Rusiya və Amerika ilə münasibətlər məsələsi siyasi mübahisələri gücləndirəcək. Bəzi Avropa biznes maraqları və sağçı partiyalar Rusiya ilə ticarət əlaqələrinin bərpasını və sanksiyaların qaldırılmasını müdafiə edirlər ki, bu da Moskvaya qəti şəkildə qarşı çıxan ölkələrlə münaqişələrə səbəb ola bilər. Müzakirələr həmçinin Ukraynanın yenidən qurulması, qaçqınların geri qayıtması və Aİ-yə üzvlüyünün perspektivləri ətrafında olacaq.
Nəhayət, transatlantik münasibətlər yeni müzakirələrə səbəb olacaq: müharibədən sonra bəzi avropalılar Amerika təhlükəsizlik zəmanətlərinin etibarlılığını şübhə altına ala və daha böyük strateji muxtariyyət axtara bilərlər. Müharibə qitəni birləşmiş şəkildə hərəkət etməyə məcbur etdi, lakin sülh siyasi çəkişmələr və mübahisələr üçün yer açacaq.
"Müharibə şəraitində olan bir qitənin dözməli olduğu müəyyən bir alçaldıcılıq səviyyəsi var. Ukraynadakı döyüşlər bitdikdə, bəzi avropalılar əyilmənin və təslim olmağın bitdiyinə qərar verə bilərlər", deyə nəşr yekunlaşdırıb.
Aydın
Şərhlər