Xəbər lenti

Mustafayevlər ailəsinin səhərləri artıq 4 aydır ki, Hadrutda açılır (VİDEO)
Video 17:22 15.01.2026

Mustafayevlər ailəsinin səhərləri artıq 4 aydır ki, Hadrutda açılır (VİDEO)

Baku TV dörd aydır ki, Xocavənd rayonunun Hadrut qəsəbəsində məskunlaşan Mustafayevlər ailəsinin qonağı olub.

Qəsəbə sakini Zahid Mustafayev bildirib ki, doğma yurda dönüş onun üçün uzun illərlə davam edən həsrətin bitməsi deməkdir.

"Burada insan üçün lazım olan hər şey var – havası, suyu, yaşayış şəraiti. Normal həyat üçün nə lazımdırsa, təmin olunub”, – deyə o qeyd edib.

Z.Mustafayev Prezident İlham Əliyevin ailələrinə göstərdiyi diqqəti xüsusi vurğulayıb:

"Cənab Prezident evimin ilk qonağı olub. Övladlarımla maraqlanıb, onların işlə təmin olunması ilə bağlı tapşırıqlar verib. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə, bu günü bizə yaşadan hər kəsə can sağlığı arzulayıram”.

--> -->