Kolumbiyanın keçmiş prezidenti Alvaro Uribe Velez Venesuela ordusunu prezident Nikolas Maduro və hökumətinə qarşı çıxmağa çağırıb.
Qaynarinfo xəbət verir ki, Demokratik Mərkəz Partiyasının lideri və eks dövlət başçısı sosial media hesabından Venesuela odrusunu ölkədə çevriliş etməyə səsləyib.
"Venesuelanın ordusu şəffaf seçki keçirilməsi üçün Maduro və rejiminə qarşı hərəkətə keçməlidir. Böhranın dərinləşməsini dayandırmalı, terrorizmdən və daha çox şiddət riskindən uzaq yeni bir demokratik hökumət qurulmalıdır" deyə keçmiş prezident bildirib.
Şərhlər