İtaliyalı səyyah Xristofer Kolumbun İspaniya kral və kraliçasına yazdığı məktub ABŞ-da tapılaraq İspaniyaya göndərilib.
Qaynarinfo xəbər verir ki, Kolumb 1493-cü ildə yazdığı məktubda Yeni Dünyadakı kəşflərindən danışmış, əl yazısı ilə ispanca qələmə alınmış mətn o dövrdə latın dilinə çevrilmiş, çoxaldılaraq Avropanın müxtəlif krallıqlarına göndərilmişdi. Kolumbun səfəri İspaniya tərəfindən maliyyələşdirilmişdi.
İspaniyanın Vaşinqton səfiri Pedro Morenes ABŞ-da təşkil edilən mərasimdə məktubu alıb və bu addımı ABŞ və İspaniyanın bir-birinə bağlılığının rəmzi kimi qiymətləndirib.
Səyyah "Catalonia Plannck II Columbus" adlı məktubda Amerikada qarşılaşdığı insanları, qitənin coğrafiyası, zənginliyindən danışıb.
2011-ci ildə məktubun bəzi, hətta Barselonada saxlanılan surətinin saxta olduğu ortaya çıxmışdı. Orijinal surəti Kataloniya Kitabxanasında olan məktubun analiz edilməsini istəyən şəxs sayəsində aşkarlanıb. Bu surət 2000-ci illərdə 2 dəfə 600 və 900 min avroya satılıb.
ABŞ tərəfindən İspaniyaya təhvil verilən məktubun tədqiqatı isə 7 il davam edib.
ABŞ-ın Miqrasiya və Gömrük Mühafizəsi Təşkilatı 2007-ci ildən bəri 30-dan çox ölkəyə 11 mindən çox tarixi əsərin təhvil verildiyini açıqlayıb. Bu əsərlər arasında 1800 illik Peru çanağı, Koreyaya aid krallıq möhürləri, İraqdan oğurlanmış tarixi əşyalar var.
Gülşən
Şərhlər