Xəbər lenti

İdman 21:57 24.07.2025

"Araz-Naxçıvan"dan möhtəşəm geridönüş

"Araz-Naxçıvan" UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda Yunanıstan təmsilçisi "Aris"ə qalib gəlib.

Qaynarinfo xəbər verir ki, "Dalğa Arena"da keçirilən qarşılaşma təmsilçimizin 2:1 hesablı qələbəsi ilə bitib.

Qarşılaşmada hesabı qonaqlar açıblar. 66-cı dəqiqədə Moron Loren fərqlənib. Bununla belə özündə güc tapan meydan sahibləri 75-ci dəqiqədə Felipe Santosun, 3 dəqiqə sonra isə Patrik Andradenin qoluna seviniblər.

Qeyd edək ki, tərəflər arasında cavab matçı isə iyulun 31-də Salonikidə baş tutacaq.

Konfrans Liqası
II təsnifat mərhələsi
İlk oyun

24 iyul
Araz-Naxçıvan (Azərbaycan) - Aris (Yunanıstan) 2:1
Qollar: Felipe Santos, 75.Patrik Andrade, 78 - Loren Moron, 66.
Araz-Naxçıvan: 12. Kristian Avram, 3. Bəxtiyar Həsənəlizadə, 4. İqor Ribeiro, 6. Patrik Andrade, 10. Felipe Santos, 11. Ba-Muaka Simakala, 19. Bar Kohen, 29. Vanderson Melo, 34. Ürfan Abbasov (k), 70. Çarls Boli, 77. Bruno Aleksander.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli (q), 2. Qara Qarayev, 5. Slavik Alxasov, 7. Hamidu Keyta, 14. Ülvi İskəndərov, 16. Ramon Maçado, 22. Elçin Mustafayev, 23. Nuno Rodriqeş, 26. Ömər Buludov.
Baş məşqçi: Rlmar Baxşıyev.
Aris: 33. Georgios Afanasiadis, 4. Fabiano, 7. Çarles Perez, 8. Monçu (k), 10. Uros Raşiç, 14. Yakup Brabek, 27. Noh Fadiqa, 37. Hamza Mendil, 80. Loren Moron, 97. Fredrik Yensen, 99. Kleyton Diandi.
Ehtiyat oyunçular: 21. Lovro Maykiç (q), 91. Emiliano Karaj, 15. Alvaro Tejero, 17. Martin Fridek, 18. Olimpiu Morutan, 24. Perdro Alvaro, 28. Dudu, 41. Konstantinos Xarupas, 70. Giannis Gianniotas, 77. Miçalis Panagidis.
Baş məşqçi: Apostolos Mantzios.
Baş hakim: Andrey Kivulete (Rumıniya).
Bakı, "Dalğa Arena".

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->