2025/2026 mövsümündə Azərbaycan Premyer Liqasında çıxış edəcək "Qəbələ" heyətini nigeriyalı futbolçu ilə gücləndirib.
"Report"un əldə etdiyi məlumata görə, klub Salihu Nasiru ilə anlaşıb.
18 yaşlı yarımmüdafiəçi ilə sonradan müddəti uzatmaq şərtilə 1 illik müqavilə imzalıanıb.
Qeyd edək ki, S.Nasiru Nigeriyanın U-20 millisinin üzvüdür.
Şərhlər