Xəbər lenti

Dövlət qurumundan deputata məxsus olduğu deyilən şirkətə 4,9 milyonluq sifariş
Ekonomiks 15:09 25.07.2025

Dövlət qurumundan deputata məxsus olduğu deyilən şirkətə 4,9 milyonluq sifariş

Səhiyyə Müəssisələrinin Təminatı Mərkəzi "Avromed Conpany" Qapalı Səhmdar Cəmiyyəti (QSC) ilə satınalma müqaviləsi imzalayacaq. 

Qaynarinfo xəbər verir ki, QSC şirkətdən dərman preparatları, tibbi ləvazimatlar və imtiyazlı dərmanlar almağı planlaşdırır. Alınacaq mallara görə şirkətə 4 902 441,96 manat ödəniləcək. 

Əczaçılıq sahəsində fəaliyyət göstərn "Avromed Company” QSC 20 dekabr 2001-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 57 000 manatdır. Şirkətin qanuni təmsilçisi İskəndərov Kamran İnqilab oğludur. 

Kamran İskəndərov "Coca Cola” şirkətinin Ukrayna və Moldova üzrə nümayəndəliyinin baş meneceri vəzifəsində işləyib. 2022-ci ildə isə "Avromed Company" QSC-nin baş direktoru təyin edilib.  

"Avromed Company” QSC-nin deputat Cavanşir Feyziyevə məxsus olması barədə iddialar var. Bu iddialara səbəb 2010-cu ilədək şirkətə Cavanşir Feyziyevin rəhbərlik etməsidir. Deputatın tərcümeyi halında da onun 2002-2010-cu illərdə QSC-nin baş direktoru vəzifəsində çalışdığı qeyd olunub. 

Cavanşir Feyziyev 2015-ci ildən deputatdır. O, parlamentdə 115 saylı Şəki kənd seçki dairəsini təmsil edir. Onun deputat olduqdan sonra "Avromed Company” QSC ilə vidalaşdığı deyilsə də, hələ də şirkətdə payının olduğu bildirilir. 

Cavanşir Feyziyevin ailəsinə məxsus 5.6 milyon funt-sterlinqin müsadirə olunması ilə bağlı materiallarda isə onun 2013-cü ildə viza müraciəti zamanı özünü "Avromed Company” QSC-nin icraçı direktoru kimi təqdim etməsi bu iddiaların əsaslı olduğuna şübhələri artırır. 

Yeri gəlmişkən, Cavanşir Fyeziyev deputat seçildikdən sonra şirkətə onun qızı Baxşiyeva Əzizə Cavanşir qızı rəhbərlik edib. Onun rəhbərliyi 2020-ci ilədək davam edib. 

Azərbaycan qanunvericiliyi deputatların bizneslə məşğul olmasını qadağan edir. 

Seyid

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->