Xəbər lenti

İdman 22:57 24.07.2025

"Sabah" səfərdən 2:0 hesablı qələbə ilə dönür

Azərbaycan təmsilçisi "Sabah" bu gün Konfrans Liqasının 2-ci təsnifat mərhələsində ilk oyuna çıxıb.

Qaynarinfo xəbər verir ki, Valdas Dambrauskasın komandası səfərdə Moldova "Petrokub"u ilə üz-üzə gəlib.

Matç Bakı təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunu İsraildən olan hakimlər briqadası idarə edib.

Bu komandalar arasında cavab qarşılaşması iyulun 31-də "Bank Respublika Arena"da keçiriləcək və saat 20:00-da start götürəcək.

Cütün qalibi Avropa Liqasının "Levski" (Sofiya, Bolqarıstan) - "Braqa" (Portuqaliya) cütünün məğlubu ilə görüşəcək.

Konfrans Liqası
II təsnifat mərhələsi
İlk oyun

24 iyul
Petrokub (Moldova) - Sabah (Azərbaycan) 0:2
Qollar: Pavol Safranko, 82. Kahim Parris, 90+1.
Petrokub: 1. Silviu Smalenea, 90. İon Cardan (k), 21. Maksim Potirniçe, 24. Sedrik Nqa, 66. İon Bors, 11. Serjiu Platiça, 44. Cessi Cou, 39. Teodor Lunqu, 79. Viktor Boqasius, 13. Maksim Kojokaru, 23. Mihaay Lupan.
Ehtiyat oyunçular: 31. Viktoe Dodon (q), 32. Dumitru Koval (q), 3. Katalin Kukoş, 7. Danu Şpataru, 8. Dumitru Demian, 15. Petru Popesku, 17. Kriatian Paşkaluça, 19. Nikolae Rotaru, 27. Vadim Diyinari, 37. Dan Puşkaş, 77. Sergey Decev.
Baş məşqçi: Şota Mazaradze.
Sabah: 92. Stas Pokatilov, 3. Rəhman Daşdəmirov, 5. Stiv Solvet, 40. İqor Noqeyra, 80. Akim Zedadka, 10. Anatoli Nuriyev, 22. Zinədin Uld Xaled, 13. İvan Lepenitsa, 70. Cesse Sekidika, 20. Coy-Lens Mikels, 18. Pavol Safranko (k).
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev (q), 72. Rüstəm Samiqullin (q), 2. Amin Seydiyev, 6. Abdullah Xaybullayev, 7. Boyan Letiç, 8. Ayaz Quliyev, 11. Kahim Parris, 17. Tellur Mütəllimov, 33. Umarali Raxmonaliyev, 53. Andrey Viktor, 88. Xəyal Əliyev, 99. Nyeqoş Kupusoviç.
Baş məşqçi: Valdas Dambrauakas.
Baş hakim: Qal Leyboviç (İsrail).
Kişineu, "Zimbru" stadionu.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->