Xəbər lenti

Ekonomiks 17:03 16.09.2020

Konkret bir müəssisənin dövlət üçün hansı əhəmiyyəti var? (ŞƏRH)

"Azərbaycanın iqtisadi modelinə baxanda dövlətin iqtisadiyyatda əsas rol aldığı açıqca görünür”.

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli dövlət müəssisələrinin dövlət üçün əhəmiyyəti və dəyərindən danışarkən deyib.

Natiq Cəfərli hesab edir ki, istər ixracat əməliyyatında, istərsə ümumdaxili məhsulun istehsalında dövlətin kifayət qədər böyük rolu var:



"Dövlət müəssisələri təəssüf ki, çox zaman effektiv işləmir və dövlət büdcəsi üzərində əlavə yükə çevrilir. Prezidentin son çıxışlarının birində bununla bağlı dövlət müəssisələrinin effektivliyinin artırılması nöqteyi-nəzərindən qismən və yaxud tam özəlləşdirilməsi ilə bağlı bir proqarmın izləniləcəyi, daha çox liberal iqtisadi modelə keçidlə, dövlətin iqtisadiyyatda rolunun azaldılması ilə bağlı ipucları var idi. Dövlət İnvestisiya Holdinqinin yaranması da əslində gələcəkdə aparılacaq özəlləşmənin yol xəritəsini hazırlamaq üçün təsis olundu. Dünən keçiriən toplantıda dövlət aktivlərinin qiymətləndirilməsi mexanizmi ilə bağlı ümumi fikir aparıldı. Burada bir məsələ var. Dövlətin qiymətləndirilməsi ilə bazar dəyəri arasında ciddi fərq ola bilər. Ola bilər ki, dövlət öz qiymətləndirmə siyasətində bu günə kimi həmin müəssisəyə dövlət aktivlərinə qoyulan vəsaiti, investisiyaları da hesablasın. Amma bu bazar dəyəri ilə üst-üstə  düşməyə də bilər. Əsas məsələ ondan ibarətdir ki, dövlət müəssisələrinin qiymətləndirilməsində bazar dəyərinin müəyyənləşməsi, investorlar üçün cəlbedici olan kreditlərin verilməsi məsələsinin mexanizmi əsas müzakirə predmetidir. Bunun üçün mexanizmlər hazırlanmalıdır. İndiki halda dövlətin qoyduğu qiymətlə, qiymətləndirmə siyasəti ilə reallıq arasında ciddi fərq yarana bilər. Yəni, belə bir ehtimal var. Bundan başqa investorların cəlbi üçün də əlavə işlər görülməlidir. Düşünürəm ki, bu addım daha çox xarici investorlara hesablanıb. Xarici investorlar üçün cəlbedici təkliflər olmalıdır. Bu tək qiymət, aktivlərin qiymətləndirilməsi məsələsi deyil, həm də ölkə daxilində xarici investorlar üçün daha da yaxşı şəraitin yaradılmasıdır. Burada qanunvericilik dəyişiklikləri, vergi və gömrük güzəştləri, Azərbaycanın beynəlxalq təşkilatlara qoşulması yolu ilə ola bilər. Bir çox məsələlər ola bilər ki, bu qiymətləndirmədən sonra özəlləşmə daha effektiv olsun, Azərbaycan büdcəsinə xeyri dəysin”.
Konkret bir müəssisənin dövlət üçün hansı əhəmiyyəti olduğunu necə bilmək və onu necə qiymətləndirmək olar? 

Natiq Cəfəli bildirib ki, bu günə kimi yatırılan investisiyalar və aktivlərin dəyəri müəyyənləşəcək:

"Məsələn, AZAL... Çünki Prezident də çıxışında AZAL-la bağlı danışmışdı. Bu günə kimi qoyulan investisiyalar, alınan təyyarələrin qiyməti, aktivlərin, daşınmaz əmlakın ümumi dəyəri qiymətləndiriləcək. Bunun nəticəsində də sonradan dəyərləndirmə prosesi aparılacaq. Yaxud da bir mexanizm hazırlana, eyni zamanda bazar dəyəri ilə qoyulan investisiyaların mütənasibliyi ölçülə bilər. Bunun nəticəsində də qiymətləndirmə aparıla bilər. AZAL-da 2 milyard dollara yaxın investisiyalar var. Bundan başqa daşınmaz əmlakı, anbarları, yerüstü xidmət sahələrinin dəyəri var. Bu, çox ciddi məsələdir. Bir neçə milyard dollarlıq qiymətləndirilə bilər. Amma indiki dövrdə investorlar üçün bir neçə milyard dollarlıq müştərisi olacaqmı? Əsas məsələ burada düyünlənir”.

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->