İdman 22:05 05.04.2019

"Konor, xəbərdarlıq edirəm, sən belə etməklə özünə pislik edirsən"

UFC çempionu Həbib Nurməhəmmədovun meneceri Əli Əbdel-Əziz Konor Makreqora xəbərdarlıq edib.

"Ölkə.Az"  xəbər verir ki, Konor Həbibi xoşagəlməz sözlərlə təhqir edib.Bundan sonra isə Həbibi müdafiyə edənlər olub.Belə ki, Əli Əbdel-Əziz ondan belə təhqirləri dayandırmağı tələb edib.
 
"Mən Konor haqda bəzi ifadələr işlətmişəm. Elə Həbib də nələrsə deyib. Ancaq Koner bu məsələdə ağ edib. 
 
Konor, xəbərdarlıq edirəm, sən belə etməklə özünə pislik edirsən. Sən öz komandana pislik edirsən. Nə qədər ki, hamını pis vəziyyətdə qoymayıbsan, dayan. 
 
Biz aqressiyanı yox, sülhü təbliğ edirik. Həbib haqqında nə istəyirsən, deyə bilərsən. Amma onun həyat yoldaşı, xalıq, dini haqda danışmaq olmaz. 
 
İnanın mənə, əgər Həbiblə Konor küçədə ölüm döyüşündə üz-üzə gəlsəydilər, indi Makreqor həyatda yox idi".