Xəbər lenti

Koronadan ölən qadını millət vəkili seçdilər
Dünya 20:31 17.10.2021

Koronadan ölən qadını millət vəkili seçdilər

Seçkilərdən iki ay öncə koronavirusdan vəfat edən bir qadını İraq parlamentinə millət vəkili seçiblər.

Qaynarinfo Musavat.com-a istinadla xəbər verir ki, qatıldığı seçkilərdə 2400 səs toplayan Ənsam Manuel adlı Bağdad sakininin hələ yayın əvvələrindən COVİD-19-a yoluxduğu, avqustun sonlarında isə öldüyü ortaya çıxıb.

Son insident İraqın mövcud hakimiyyətinə seçkilərdə saxtakarlıq olunması ilə bağlı ittihamları daha da gücləndirib.

Buna görə ölən qadının ailəsi vəziyyəti izah etməli olub. Məlum olub ki, Ənsam Manuelin adı texniki səbəblərdən bülletenlərdən çıxarılmayıbmış. Sadəcə dostları və qohumları xatirəsinə hörmət əlaməti olaraq ölən namizədə səs veriblər. Seçicilərin bir çoxunun isə onun vəfat etməsindən xəbərləri belə olmayıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->