phrase_var_qaynar. 19:00 26.10.2020

Koronavirus mutasiyaya uğradı: Daha sürətli və daha ölümcül

İngiltərədəki bir araşdırmada koronavirusun mutasiyaya uğradığı ortaya çıxıb.


Qaynarinfoxəbər verir ki, araşdırmaya görə, mutasiyaya uğramış yeni virus daha öldürücü təsir göstərir. Bu səbəbdən mütəxəssislər epidemiyanın ikinci dalğasının daha çətin ola biləcəyinə diqqət çəkirlər.


Son beş gündə İngiltərədə yoluxma hallarının sayında artım davam edir. Son məlumatlara görə, 19 min 790 nəfərin testinin müsbət çıxdığı və bir gündə 151 nəfərin öldüyü açıqlanıb. Ölkədəki ümumi müsbət halların sayı 854 mini keçib.


Hökumətin SAGE elmi şurasının araşdırmasına görə, yeni virus səbəbiylə yoluxmuş insanların əvvələ nisbətdə daha öldüyü müşahidə edilib.


Üstəlik, mutasiya olunmuş yeni virus daha çox yoluxucudur. Xəstəliyə 1 avqustdan əvvəl yoluxanlar təxminən 13 gün sonra öldüyü halda, yeni virusla bu nisbət təxminən iki dəfə azalıb.


Hazırda yoluxan qadınların orta hesabla 6, kişilərinsə yeddi gün yarımda öldüyü ortaya çıxıb.

 

Alpər

Oxşar xəbərlər