Xəbər lenti

Koronavirusa yoluxan tanınmış diktorun son durumu açıqlandı
Sənət 09:43 02.12.2021

Koronavirusa yoluxan tanınmış diktorun son durumu açıqlandı

Koronavirusa yoluxan Azərbaycanın tanınmış diktoru, Xalq artisti Eldost Bayramın son durumu açıqlanıb.

Zığ Modul Tipli Xəstəxanasından Qaynarinfo-ya verilən məlumata görə, diktorun reanimasiya şöbəsində müalicəsi davam etdirilir.

Qeyd olunub ki, E.Bayram hazırda oksigen maskasındadır: "Onun arterial təzyiqi 160-ın 90-a, nəbzi 97, saturasiyası 96, şəkəri isə 227-dir. Huşu aydındır. Vəziyyəti ağır olaraq qalır”.

Qeyd edək ki, 74 yalı Xalq artisti bir müddət əvvəl COVID-19-a yoluxub. O, noyabrın 29-da Zığ qəsəbəsindəki modul tipli xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->