Koronavirusa yoluxanların sayı artdı, 27 nəfər vəfat etdi

Koronavirusa yoluxanların sayı artdı, 27 nəfər vəfat etdi

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 300 yeni yoluxma faktı qeydə alınıb, 1 248 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qaynarinfo-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 27 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 522 368 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 487 674 nəfər müalicə olunaraq sağalıb, 6 966 nəfər vəfat edib. 27 728 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 175, bu günə qədər isə ümumilikdə 5 144 208 test icra olunub.
 
Son sutkada koronavirus (COVID-19) əleyhinə 44 716 vaksin vurulub.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 32 320, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 12 396 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 9 469 618, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 119 077, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 350 541 təşkil edir.
XƏBƏRLƏR
BLOGLAR
X