Xəbər lenti

Koronavirusa yoluxmamaq üçün daha bir vasitə - Həkim məsləhəti
Sağlamlıq 17:00 02.07.2020

Koronavirusa yoluxmamaq üçün daha bir vasitə - Həkim məsləhəti

Soyuq duş almaq immuniteti gücləndirməyə kömək edir və bədəni xəstəliklərdən, o cümlədən koronavirusdan qoruyur. 

Qaynarinfo xəbər verir ki bu fikri Sklifosovski Seçenov adına Klinik Tibb İnstitutunun normal fiziologiya şöbəsinin müdiri Universiteti Aleksey Umryuxin deyib.
O, soyuq duşun kimlər üçün təhlükəli ola biləcəyini də söyləyib. Tibb elmləri doktoru izah edib ki, ümumiyyətlə, soyuq duş orqanizmi mobilləşdirir, məşq etdirir və bakteriyalara, viruslara qarşı müqaviməti artırır.

Umryuxin təkcə isti suyun kəsildiyi vaxtlarda deyil, ilin digər mövsümlərində də soyuq duş qəbul etməyi məsləhət görür. Eyni zamanda, həkim əlavə edib ki, prosesin müddəti bədənin vəziyyətindən asılı olaraq fərdi olaraq təyin olunmalıdır.

Umryuxin soyuq duşun ciddi stres və ya başqa xəstəliklər olduğu zaman əks effekt verəcəyini də vurğulayıb. O, əlil və sağlamlıq problemləri olan insanlara həkimə müraciət etməyi və bu məsələ ilə fərdi şəkildə məşğul olmağı tövsiyə edib.

Ümumilikdə bu gün Rusiyada 85 bölgədə 661 min 165 koronavirus xəstəsi aşkar edilib.
 
Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->