Koronavirusla bağlı şok görüntülər: küçədə görənlər təşvişə düşüb, qaçdı (VİDEO)
İtaliyada koronavirusa yoluxduğu müəyyənləşən bir vətəndaşın həkimlər tərəfindən karantinaya aparılması küçədəki insanları təşvişə salıb.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, xəstəni görənlər qaçmağa başlayıblar. Sözügedən hadisəni vətəndaşlardan biri telefonu ilə çəkib.
Qeyd edək ki, Çinin Uhan şəhərində ortaya çıxan və bu vaxta qədər 2801 nəfərin ölümünə səbəb olan virus sürətlə dünyaya yayılır. İtaliya Avropa ölkələri arasında epidemiyadan ən çox ölüm qeydə alınan ölkədir.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər