Xəbər lenti

Korporasiya rəhbəri həbs edilib
Dünya 10:50 25.05.2013

Korporasiya rəhbəri həbs edilib

Gürcüstan Maliyyə Nazirliyinin istintaq xidmətinin əməkdaşları külli miqdarda vasaitlərin mənimsənilməsində ittiham olunan, Mtsheta bələdiyyəsinin keçmiş icra başçısı Vaxtanq Kipşidze və Gürcüstanın neft və qaz korporasiyasının keçmiş rəhbəri Zurab Djandjqavanı saxlayıblar.

Gürcüstan Maliyyə Nazirliyinin istintaq xidmətinin bəyanatında deyildiyinə görə, Mtsheta bələdiyyəsinin icra başçısıVaxtanq Kipşidzenin köməyi ilə mütəşəkkil cinayətkar qrupun üzvləri- Mtsheta-Mtianetinin sabiq qubernatoru Sezar Çoçeli, Luum Kapanadze, Merab Kupuniya və "Nyu enerci"MMC-nin təsisçisi Nikoloz Şakaraşvili smetanın şişirdilməsi ilə 2008-ci ilin avqustunda rus-gürcü münaqişəsi nəticəsində zərər çəkmişlərə evlərin tikilməsi üçün büdcədən ayrılmış 76 140 000 lari məbləğində pul vəsaitini mənimsəyiblər.

İstintaq həmçinin müəyyən edib ki, Aspindza-Axalkalaki magistral qaz kəmərinin 30 kilometrlik sahəsinin tikintisi məqsədi ilə Gürcüstanın neft və qazı korporasiyası "Nyu enerci" şirkəti ilə saziş baglayıb. Layihənin qiyməti 10 000 000 lari təşkil etdiyinə baxmayaraq, işlərin süni artımı yolu ilə, korporasiya "Yeni enerdji" şirkətinə 17 700 000 lari köçürərək 6 038 847 lari mənimsəyib.

İstintaq 7 ildən 11 ilə qədər azadlıqdan məhrum edilməsini nəzərdə tutan Gürcüstan Cinayət Məcəlləsinin 182-ci maddəsinin üçüncü hissəsi üzrə aparılır. //trend

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->