Kosmik gəmisi uçandan sonra İlon Mask mahnı oxudu (VİDEO)
ABŞ-ın idarəedilən "Crew Dragon" kosmik gəmisini ilk istifadəyə verilməsi sosial şəbəkələrdə çoxu "Roskosmos"un "dəfni"ndən bəhs edən mesaj dalğasına səbəb olub.
Qaynarinfo xəbər verir ki, əslində hələ may ayının ortalarında Twitter-də yayılmış bir video hamını çaş-baş salmışdı. Videonun baş qəhrəmanı, "Yerlilər" qrupunun aparıcı müğənnisi obrazında SpaceX-in qurucusu İlon Mask Sovet dövrünün əsas kosmik "himni" "Evdə çəmənlik" mahnısını səsləndirirdi.
İstifadəçilər Maskın rus dilinə olan sevgisini qeyd edərək, onun 1983-cü il obrazıyla harmonik olduğunu, obraza oturduğunu yazıblar.
Xatıladaq ki, "Crew Dragon" gəmisi ilə "Falcon 9" raketi bir gün əvvəl Florida ştatından kosmosa göndərilib. Gəmidə bu gün ISS-ə çatmalı olan amerikalı astronavtlar Bob Benken və Daq Herli var.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər