ABŞ-ın Kosmos və Aviasiya Qurumu NASA astronavtlardan birinin Beynəlxalq Kosmik Stansiyada boşanmaq üzrə olduğu ərinin bank hesablarına girdiyi iddiası ilə araşdırma başladıb.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, astronavt Anne McClain boşanma davası açan əri Sammer Vordenin bank hesabına girdiyini etiraf edib, lakin heç bir yanlışlığa yol vermədiyini bildirib. Bir müddət öncə Dünyaya qayıdan McClain vəkili vasitəsilə "New York Times" dərgisinə verdiyi açıqlamada hesaba icazəsiz baxmasına belə aydınlıq gətirib. Bildirib ki, hesaba kommunal xərclər və Vordenlə birgə böyütdükləri oğlunun xərcləri üçün hesabda kifayət qədər pul olub olmadığını yoxlamaq üçün baxıb. Lakin ərinin şikayətindən sonra qurum McLainin barəsində araşdırma başladıb.
Bunun kosmosda ilk cinayət ola biləcəyi qeyd olunur.
Şərhlər