Xəbər lenti

28 ölkədə fəaliyyət göstərən türk markası Azərbaycandan gedir
Ölkə 17:09 03.12.2019

28 ölkədə fəaliyyət göstərən türk markası Azərbaycandan gedir

Türkiyənin "Koton Mağazacılık Tekstil Sanayi Ve Ticaret” A.Ş.-nin Azərbaycandakı törəmə şirkəti olan "Koton Mağazacılık” MMC (və ya "Koton Azərbaycan”) ləğv olununur.

Qaynarinfo xəbər verir ki, bu barədə Banker.az-a şirkətdən məlumat verilib.
 
Bildirilir ki, bununla bağlı artıq Vergilər Nazirliyinə də müraciət edilib.

Qeyd edək ki, şirkətin Azərbaycandakı törəməsi 2013-cü ildən dövlət qeydiyyatına alınmıb və nizamnamə kapitalı 7850 manat olub. Şirkəti Azərbaycanda qanuni olaraq Şeyx Şamil Çağlar adlı Türkiyə vətəndaşı təmsil edib.

"Koton”un Bakı şəhərində bir neçə mall-da mağazaları fəaliyyət göstərir. Türkiyənin 30 yaşlı bu şirkəti dünyanın 28 ölkəsinə dəbli geyim və aksesuarlar təqdim edir.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->